Şagirdlərimizin dərs idarəetməsi

Artıq ənənə halını almış şagird dərs idarəetməsi bu gün də liseyimizdə öz axarı ilə davam edir. 7-ci , 8-ci ,9-cu sinif şagirləri Bilogiya fənnindən müxtəlif mövzularda açıq dərslər keçirir, dərsin izahatını şagirdlərə əyani vəsaitlərlə göstərir, tapşırıqlar verirlər. Bunlar əlbəttə ki, həm liseyimiz üçün , həm də şagirdlərin özləri üçün bir uğurdur. Gəlcəyimiz olan belə savadlı və təmkinli şagirlər bizim liseydə belə uğurlar sərgilədikləri üçün sevinirik və hər birinə uğurlar arzulayırıq.