Şagirdimizin uğuru

147№-li Texniki-humanitar liseyin 11c sinif şagirdi Mirzəyev Ülvi Səməd oğlu 2021-ci ilin dekabr ayında " İ-STEM Olympiad "adını daşıyan yarışmada iştirak etmişdir. Bu müxtəlif yaş qrupları uşaqları arasında keçirilən olimpiadadır. Təşkilatçılar tərəfindən ciddi nəzarət altında il ərzində onlayn şəkildə keçirilir. Şagirdimiz bu olimpiadada bizim ölkənin iştirakçıları arasında II, dünya ölkələrinin iştirakçıları arasında XIII oldu. Bu yüksək nəticəyə əsasən Ülvi yarışmanın fevral-mart aylarında keçiriləcək növbəti mərhələsinə keçmişdir.
O, həmçinin, noyabr ayında “American Mathematics Competitions” Beynəlxalq riyaziyyat olimpiadasında iştirak etmişdir. Bu növ olimpiada müxtəlif yaş qrup uşaqları arasında onlayn şəkildə keçirilir.
Bu olimpiada-imtahan alqoritmik təfəkkürə arxalanaraq qısa müddətdə qərarlar qəbul etmək bacarığını tələb edir. Riyaziyyat üzrə keçirilən, mürəkkəbliyinə görə çətin olimpiadalar sırasına daxil olan " Amerika Riyaziyyat Olimpiadası"nda uğurla iştirak etmişdir. Bu yarış bütün dünya üzrə keçirilir və ən çətin olimpiadalardan biri hesab edilir. Aparılan test böyük təcrübə, sürətli hesablamaq, alternativləri axtarma bacarığı, ağıl çevikliyi tələb edir. Şagirdimizi bu uğurlarına görə qürur duyur, təbrik edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi