"Baku Expo" Mərkəzində sərgi

7 oktyabr 2016-cı ildə Liseyimizin IX-XI sinif şagirdləri və müəllimlərimizdən ibarət kollektivi "Baku Expo" Mərkəzində Azərbaycanın təhsil sahəsi üzrə yeganə sərgi- Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan 10-cu yubiley Azərbaycan Beynəlxalq Təhsil sərgisində iştirak ediblər. Hər kəs, xüsusilə abituriyentlər üçün maraqlı olan sərgidə şagirdlərimiz bir çox əcnəbi ölkələrin ali məktəb nümayəndələri ilə görüşmüş, həmin təhsil müəssisələri ilə bağlı mükalimə aparmışlar. İştirakçılar sərgidən xoş təəssüratlarla ayrılmişlar.