Azad Mirzəcanzadənin doğum günü

Bu gün liseyimizin yaradılmasında müstəsna rolu olmuş mərhum Akademik Azad Mirzəcanzadənin doğum günüdür.Azda Mirzəcanzadə 1928-ci l sentyabrın 29da Bakı şəhərində anadan olmuşdur. Orta məktıbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun Neft mədən fakultəsində almş və Dağ mühəndisi ixtisasına yiyələnmişdir.1951-ci ildə 23 yaşında texnika elimləri üzrə namizədlik , 1957-ci ildə 29 yaşında doktorluq dissertasiyalarını müdafiə etmişdir.1959-cu ildə 31 nyaşında Professor adını almış, 1962-ci ildə Azərbaycan Elmlə Akademiyasının müxbir üzvü , 1968-ci ildə 40 yaşında həqiqi üzvü seçilmişdir. Azərbaycan elminin inkişafında əvəzsiz rolu olmuşdur.