Bilik Günü

Azərbaycanda məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir.Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Yusif Məmmədəliyev kimi yüzlərlə alim və filosovlar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.Hər il olduğu kimi bu il də Liseydə Bilik günü özünəməxsus şəkildə qeyd olundu. Tədbiri Liseyin direktoru Arif Əsədov açıq elan etdi, öz növbəsində Əməkdar müəllim Mehdiyeva Həlimə, Təlim-tərbiyə işləri üzrə direktor müavini Könül isayeva, Təlim işləri üzrə direktor müavini Gülnaz Kərimova , UBR Günel Mustafayeva şagirdləri təbrik etdilər və onlara yeni dərs ilində uğurlar arzuladılar.Tədbir Azərbaycan Respublikasının Himni ilə davam etdirildi, ardınca liseyə yeni gəlmiş 5-ci siniflər şeirləri ilə müəllim və şagirdləri təbrik etdilər.Bu ilki 11-ci siniflər də öz təbriklərini söylədilər.Sonda liseyin ilk dərs ilinin zəngi çalınaraq şagirdlər siniflərə öz sinif rəhbərləri ilə birgə getdilər.