SON ZƏNG

14 iyun Azad Mirzəcanzadənin yaratdığı 147 №li Texniki - humanitar liseydə Son Zəng oldu. Açılışı Liseyin direktoru Gülnaz Kərimova etdi. Fəxri direktor Həlimə Mehdiyevaya da söz verildi.Şənlik sinif rəhbərlərinin və valideynlərin ürək sözləri ilə davam etdirildi. 11-lər öz maraqlı çıxışları ilə son zəngi daha da maraqlı etdilər.5-ci sinifdən Abbaszadə Zəhra, Süleymanova Nazilə, Zeynalov Rafiq öz şeirləri ilə bütün 11-ləri təbrik etdilər.Öz növbəsində Liseydə çalışqanlığı ilə fərqlənən şagirdlər Fəxri Fərmanla təltif olundular, onların valideynlərinə Təşəkkürnamə verildi. O cümlədən Fəxri direktor 11-cilərə Məzunlarını təqdim edərək onları təbrik etdi və həyatda müvəffəqiyətlər arzuladı. Sonda 11 A sinfinin şagirdi Şirəliyeva Aygün Son zəng şeirini ifa etdi və 11 A sinfinin şagirdi Namazov Fərid Səmədova Admila ilə birgə SON ZƏNGİ çaldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi