28 May Respublika günü

28 May Respublika günü münasibətilə tədbir keçirildi. Tədbiri Gülnaz xanım açaraq Azərbaycan Respublikası üçün, xalqımız üçün əhəmiyyətli və xüsusi gün olduğunu qeyd etdi. Liseyin tarix müəllimi Güntəkin Məmmədova AXC-nin 1918-1920-ci illərdəki fəaliyyətindən, Sevinc Həsənova isə müstəqilliyimizin bərpasından, DQ məsələsini bəhanə edərək, dövlətimizin müstəqilliyinə mane olan erməni lobbisindən söhbət açdı. Çıxışının sonunda isə ABŞ-ın prezidenti Kennedidən sitat gətirdi: " Fikirləşmə ki, Amerika mənə nə edib, fikirləş ki, mən Azərbaycana nə etmişəm, Sizdə fikirləşin ki, biz vətənimiz üçün , Azərbaycan üçün nə etmişik." Tədbirdə şagirdlər Azərbaycan bayrağı, Yaşa Azərbaycan , Azərbaycan şeirlərini dedilər. Həlimə xanım şagirdlərə suallar verir və cavabları dinləyirdi.