Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə tanışlıq

21 may 2016-cı il tarixdə liseyin 10-11-ci sinif şagirdləri AMİU-da görüşdə iştirak etmişdilər. Görüşü AMİU-nun rektoru Gülçöhrə Məmmədova açdı. O, universitetin yaranması və bu günədək fəaliyyəti haqqında geniş məlumat verdi. Daha sonra şagirdlər universitetin müxtəlif fakültələri ilə tanış oldular. Bütün auditoriyalar müasir texniki avadanlıqlarla, əyani vəsaitlərlə, son model kompüterlərlə təchiz olunmuşdur. Fakültələrin professor və müəllim heyəti özləri və fakültə haqqında maraqlı söhbətlər apardılar. Görüşün sonunda dəyirmi masa arxasında şagird-abituriyentlərin fikirlərini dinlədilər. Şagirdlər bu görüşdən məmnun qaldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi