147 nömrəli Texniki-humanitar lisey II yarımilə hazırlaşır

Nazirlər Kabinetinin 22 yanvar 2021-ci il tarixli 12 nömrəli qərarına əsasən 1 fevral 2021-ci il tarixdən bütün təhsil müəssisələrində tədrisin əyani formada təşkili nəzərdə tutulmuşdur. BŞTİ-yə tabe təhsil müəssisələrində əyani tədris 1 fevral 2021-ci il tarixdən ibtidai siniflərdə həftədə 3 dəfə olmaqla başlayacaqdır. Xatırladırıq ki, liseyimizdə tədris 5-ci sinifdən başlayır. Yəni fevralın 1-dəki açılım bizə şamil deyil. Biz tədrisin başlanmasının növbəti müddətini gözləyirik. Buna baxmayaraq, liseyi tədrisə tam hazır vəziyyətə gətirmək üçün Nazirlər Kabinetinin 10 sentyabr 2020-ci il 332 nömrəli qərarından irəli gələn bütün addımlar atılmışdır. Lisey tədrisə hazır vəziyyətə gətirilmişdir. Eyni zamanda müvafiq icra orqanının köməkliyi ilə liseyin bütün daxili hissəsi dezinfeksiya edilmişdir.