147 nömrəli texniki-humanitar liseydə birinci yarımil üzrə qiymətləndirmə prosesinə start verilmişdir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının "Xüsusi karantin rejimi dövründə ümumtəhsil pilləsində təhsilanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydaları"na və liseyin Pedaqoji Şurasının qərarına əsasən, l yarımil üzrə qiymətləndirmə prosesi 22 yanvar 2021-ci il tarixindən başlamışdır.
Qiymətləndirmənin 1-ci günündə liseydə ümumilikdə 33 sayda imtahan keçirilmiş, 88 faiz şagird imtahanlarda iştirak etmiş, liseyin imtahana cəlb edilmiş şagird kontingentinin 12 faizi müxtəlif səbəblərdən imtahanda iştirak etməmişdir.
Eyni zamanda liseydə onlayn qaydada qərargah yaradılmışdır. Müəllimlərin, valideynlərin və şagirdlərin şikayətləri yerində araşdırılır. Şikayət və narazılıq olduqda imtahanın çəkiliş videoyazılarına baxılır, narazılığın səbəbləri dərhal araşdırılır, təhlil edilir. Müəllim və İmtahana nəzarət komissiyasının üzvləri tərəfindən müvafiq qərar qəbul edilir.
Əlavə edirik ki, imtahan prosesindən narazı olanlar, təklif və tövsiyəsi olanlar liseyin rəhbərliyi tərəfindən xüsusi ayrılmış 070 290 15 20 mobil nömrəsinə vatsap və zəng vasitəsi ilə, 012 490 62 37 şəhər nömrəsinə zəng edərək müraciət edə bilərlər.
Eyni zamanda lisey rəhbərliyi və bütün siniflər üzrə valideynlərdən ibarət vatsap qrupu yaradılmışdır. Hər bir valideyn lisey rəhbəri ilə həmin vatsap qrupu vasitəsi ilə də birbaşa əlaqə saxlaya bilər.
Hər kəsə l yarımil qiymətləndirməsində uğurlar arzu edirik!