Liseyimizdə 20 Yanvar faciəsi ilə bağlı onlayn tədbirlər davam edir

Azərbaycan Azərbaycan Respublikası Təhsil nazirinin “20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı” haqqında əmrinə və liseyin fəaliyyət planına əsasən, bu gün Ümumxalq Hüzn günü- 20 Yanvar faciəsinə həsr olunmuş onlayn tədbir keçirildi. 20 Yanvar faciəsi və onun səbəbləri, nəticələri ilə bağlı müzakirələr aparıldı. Lisey müəllimlərinin çıxışı izlənildi, şagirdlərin Azərbaycan və ingilis dillərində hazırladıqları şeir və təqdimatlar nümayiş olundu. Çıxış edən lisey müəllimləri şagirdlərin vətənpərvərlik tərbiyəsi, torpağa bağlılıq hissinin aşılanması, qəhrəmanlıq tariximizin öyrənilməsi baxımından bu tədbirləri yüksək qiymətləndirdiklərini bildirmişlər. Sonda liseyin direktoru Arif Əsədov çıxış edərək 20 Yanvar faciəsinin tarixi səhifəmizdə necə yol aldığından bəhs etdi, iştirakçılara bu cür tədbiri hazırladıqları üçün təşəkkürünü bildirdi.