"Parlaq Zəka" intellektual oyunu keçirildi

"Azərbaycan Universitetinin İntellektual Klubu" İctimai birliyi və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə məktəblər arasında "Parlaq Zəka" intellektual oyunu keçirildi. Baza məktəb olaraq 147 N-li Texniki-humanitar liseyin xüsusi hazırlanmış sinif otağında 16 may tarixində Xətai rayon üzrə 17 N-li, 27 N-li tam orta məktəb, 261 N-li məktəb-lisey, 287 N-li Zəkalar liseyinin komandaları yerləşdirildilər. Bütün məktəblərin komandaları fəal çıxışlar nümayiş etdirdilər. I, II, III yerləri müvafiq olaraq 287 N-li Zəkalar liseyi, 261 N-li məktəb lisey, 147 N-li Texniki-humanitar lisey bölüşdülər. Şagirdlərimizi ürəkdən təbrik edirik!