“Multikulturalizm ili”nə həsr olunmuş intellektual oyun keçirildi

Şagirdlərin intellektual fəaliyyətə cəlb edilməsi, onların asudə vaxtlarının səmərəli təşkil edilməsini təmin etmək məqsədilə 14 may saat 9.30-da Mikayıl Müşfiq adına 18 nömrəli orta məktəbdə “Multikulturalizm ili”nə həsr olunmuş intellektual oyun üzrə məktəb çempionatı keçirildi. Çempionatda səkkiz nəfər olmaqla bir komanda təşkil olundu. Komandanın üzvləri: Məmmədov Anar, Məmmədov Rəsul, Vəlizadə Nihad, Əliyev Adil, Ocaqverdiyev Emil, Mehdizadə Sona, Ocaqverdiyeva Gülnar və Hüseynov Fərid.