"Özünü İdarə Günü"
Özünü İdarə Günü Hər il məktəbdə "Özünü İdarə Günü" təşkil edilir. Həmin gün məktəb şagirdləri arasından direktor, direktor müavini, təşkilatçı, UBR, növbətçilər seçilir. "Özünü İdarə Günü"nün məqsədi şagirdləri məktəbin idarəsi, ictimai həyatı ilə tanış etməkdir. Seçilmiş şagirdlər öz vəzifələri ilə yaxından tanış olurlar və vəzifələrini icra edirlər. Bu zaman şagirdlərdə idarəçilk vərdişləri formalaşır, məktəb həyatı ilə yaxından tanış olmaq imkanı əldə edilər. Bu imkan onlara öz hüquq və vəzifələrini daha aydın, əyani şəkildə başa düşməyə şərait yaradır.