Liseydə 20 Yanvar faciəsinə həsr olunmuş dərslər keçirilib

Azərbaycan Respublikası Təhsil nazirinin “20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı” haqqında əmrinə və liseyin fəaliyyət planına əsasən, 19 yanvar 2021-ci il tarixində 147 nömrəli Texniki-humanitar liseydə hər sinif üzrə bir sıra dərslər 20 Yanvar faciəsinə həsr edilmişdir.

Şagirdlər faciə və onun səbəbləri, Azərbaycan xalqının əzmkarlığı, azadlıq uğrunda mübarizəsi, vətən naminə dastanlar yaratması barədə fikirlərini bildirmiş, müzakirələr aparılmış, şeirlər səsləndirmiş, hazırladıqları təqdimatları nümayiş etdirmişlər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən Müharibəsi məntiqi olaraq Azərbaycan xalqının milli azadlıq hərəkatının, bütövlük və cəsarət salnaməsinin ən yüksək zirvəsi kimi qiymətləndirilmiş, şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanmışdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi