Respublika Fənn Olimpiadalarının məktəb mərhələsi keçirilb

147 nömrəli texniki-humanitar liseydə Respublika Fənn Olimpiadalarının onlayn qaydada məktəb turu təşkil edildi. Məktəb turunda Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix, informatika fənləri üzrə şagirdlərin olimpiada səviyyəsi üzrə bilik və bacarıqları yoxlanıldı.
Olimpiada "Virtual məktəb" platforması üzərində təşkil edildi. Liseyin müəllimləri olimpiadanın keçirilməsi müddətində iştirakçıların qaydalarına əməl etməsinə ciddi nəzarət etdilər. Olimpadanın keçirilməsi və təşkili formasından həm müəllimlər, həm də şagirdlər razı qaldılar.
Qeyd etməyi vacib hesab edirik ki, liseyimizin şagirdləri müxtəlif istiqamətli bilik yarışmalarında, xüsusilə Respublika Fənn Olimpiadalarında fəal iştirak edirlər. Ötən tədris ilində bir nəfər şagirdimiz fizika fənni üzrə Respublika Fənn Olimpiadasında I yeri qazanmışdır.
Məktəb turunda yüksək uğur göstərmiş şagirdlər RFO-nun Bakı şəhəri turunda iştirak hüququ qazanacaqlar. Bütün şagirdlərə uğurlar diləyir, əməyi keçən müəllimlərə təşəkkür edirik.