"20 Yanvar şagirdlərin gözü ilə" onlayn rəsm yarışması

“20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı” haqqında əmrinə və liseyin fəaliyyət planına əsasən 18 yanvar 2021-ci il tarixində 147 nömrəli Texniki-humanitar liseyin şagirdləri arasında "20 Yanvar şagirdlərin gözü ilə" adlı onlayn rəsm müsabiqəsi kecirildi. Müsabiqəyə 20-dən çox istedadlı şagird qatılmışdı.

Yarışmanın keçriilməsində məqsəd şagirdlərin müasir tariximizin əsas məqamlarını daha dərindən mənimsəməsi, müstəqilliyimizin əldə edilməsində xalqımızın əzmkarlığını anlaması və vətənpərvərlik tərbisəsinin aşılanması idi. 

Hər bir şagird rəsmini təqdim edərkən Qanlı Yanvar hadisələrindən bəhs edən şeir də səsləndirdi. Bütün rəsm əsərləri gözəl olsa da, müsabiqə şərtlərinə əsasən, qalib təyin olunmalı idi. Qaliblərin seçilməsi təsviri incəsənət, texnologiya müəllimlərinin, liseyin tərbiyə işləri üzrə direktor müavini və şagirdlərin də səsverməsi yolu ilə təyin edildi.

Nəticədə 5 A sinif şagirdi Mirişzadə Səma birinci, 6 B sinif şagirdi Ələsgərov Vüqar ikinci, 5 A sinif şagirdi Abdinov Emin üçüncü yerə layiq görüldü.

Lisey rəhbərliyinin təklifi ilə bütün şagirdlərin əl işləri mükafata layiq görüldü və onlara yaxın zamanlarda "Təşəkkürnamə"lər təqdim ediləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi