Şagirdlərimiz "Nə? Harada? Nə zaman" yarışmasının qalibidirlər

147 nömrəli Texniki-humanitar liseyin "Azadçılar" komandası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə onlin həyata kecirilən " Nə? Harada? Nə zaman" məktəblərarası intellektual yarışda may ayından etibarən çox fəal iştirak edir. Oyunlar ərzində daim ilk beşlikdə yer alan komandamız 3 dəfə- iyul, sentyabr və oktyabr ayının qalibi olmuşdur. Bu gün son iki ayın hədiyyələrini kimi Təhsil Nazirliyi tərəfindən təqdim edilən "Ali və Nino" kitab evindən olan hədiyyə kuponlarını təhvil aldılar. Şagirdlərimizi bir daha təbrik edir və Azərbaycan Respublikası Təhsil Nazirliyinə şagirdlərin inkişafı üçün böyük əhəmiyyət kəsb edən  bu cür tədbirləri davamlı olaraq təşkil etdiklərinə görə təşəkkür edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi