Qan yaddaşımız!

    23 Avqust – Cəbrayıl rayonunun işğalı günüdür. (1993)

     1993-cü il avqustun 23-dən həsrətini çəkdiyimiz rayonlardan biri də Cəbrayıldır. Ərazisi 105 min hektardır. Bu torpaq onlarlatarixi abidənin məskəninə çevrilib. İşğala qədər rayonda tikiş, xalça, cihazqayırma sexləri,səkkiz sənaye obyekti fəaliyyət göstərirdi.Cəbrayıl milli aşıq – ozan sənətimizin baniləri –Dirili Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərəmin, Aşıq Humayın vətənidir. İşğaldan əvvəl rayonda 72 orta və natamam məktəb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtokulub, 78kitabxana, 3 daimi, 4 səyyar kinoqurğusu fəaliyyət göstərirdi. Zəngin eksponatları olan tarix- diyarşünaslıq muzeyi vardı. Yaşı əsrlərlə hesablanan Xan çinar bu yurdun simvoluna çevrilmişdi. Rayonda irili-xırdalı 90 kənd vardı. Çoxsaylı alimlərimizin, ziyalılarımızın şərəfli, şanlı ənənələri uğurla davam etdirilirdi. O çətin dözülməz günlərdə Cəbrayıl rayonunda kifayət qədər qüvvə yox idi.Çətinliklərə baxmayaraq sərhəddə ermənilərə qarşı müdafiə xətləri yaradılmışdı.Şaqay yüksəkliyi alınmış və orada mövqe tutulmuşdu. Yeddi ay həmin yüksəkliyin hesabına rayona nəzarət edildi. Şaqay yüksəkliyi itirildikdən sonra Cəbrayılın başı üstünü qara buludlar aldı. Rayonun işğalı həmin yüksəklik verilən gündən başladı.Cəbrayıl ərazisini o ağır günlərdə qoruyan ərənlər də az olmamışdı: Yusif Allahverdiyev, Samir Alıyev, Şükür Abdullayev, İnqilab Aslanov, Azər Bayramov, Mais Verdiyev, Mübariz Qasımov, Mehdi İsmayılov və s. Onların hər biri artıq cismən ayrı düşüblər, ruhən həmişə, hər vaxt bizimlədirlər. Ümumiyyətlə,döyüşlərdə 180, atəşkəs dövründə isə 6 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb.Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər isəAzərbaycanın Milli Qəhramanı fəxri adına layiq görülüb. Hazırda cəbrayıllılar arasında 351 nəfər şəhid ailəsi var. İşğaldan sonra cəbrayıllılar ölkənin 58 bölgəsinə səpələniblər. Daha çox Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi