Yaradıcılıq sərgisi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 6-7 may 2016-cı il tarixlərdə 194 nömrəli tam orta məktəbdə Ümumimilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Bakı şəhər məktəblərinin yaradıcılıq sərgisini təşkil etdi. Sərgidə liseyimizin şagirdlərinin "Atəşgah", "Qız Qalası", "Gəlincik", "Ev", "Muncuqlarla bəzədilmiş kompüter rəsmi" kimi əl işləri nümayiş olundu.