Biz hər zaman birinciyik!

        Liseyimizin 9a sinif şagirdi Əliyev Vaqif Respublika Fənn Olimpiadalarının final mərhələsində fizika fənni üzrə l yeri qazanmışdır. Vaqif, doğrudan da, çalışqan və erudisiyalı şagirddir (DİM buraxılış imtahanında tədris dili balı 81, riyaziyyat balı 99, xarici dil balı 83). Vaqifi, valideynlərini, əziyyət çəkmiş bütün lisey müəllimlərini, xüsusilə onunla daima Beynəlxalq Olimpiada Mərkəzində çalışmış Rəşadət müəllimi, Sevda müəllimi, Cəlal müəllimi və, əlbəttə ki, təvazökarlıqdan uzaq olsa da, düz 4 ildir ki, onun davamlı məşqlərini izləyən, təşkil edən liseyimizin direktoru, filologiya üzrə fəlsəfə doktoru Arif Əsədovu təbrik edirik. Təhsil Nazirliyinə, İstedadlı şagirdlərlə iş sektoruna təşəkkürümüzü bildiririk. Qeyd etmək istəyirik ki, təkcə bizim liseydə nə qədər olimpiadalarda uğur qazanmaq qabiliyyət və bacarığı olan şagirdimiz var. Davamlı izləmə, zehni təzyiqi artırma və yeni səriştələr, biliklər qazandırmaq istiqamətində çalışmaq əzmi zəruridir. VAQİF, UĞURLARIN BOL OLSUN!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi