Uğurun sirri bizdən soruşulur!

Liseyimizin şagirdləri növbəti dəfə onlayn şəkildə keçirilən Kim ?, Nə ?, Harada? intellektual bilik yarışmasında birincilik əldə ediblər!
Bu dəfəki qalib komandamız "Azadçılardır". Komandanın kapitanı isə Əhmədov Ərtoğrul olmuşdur. Pandemiya ilə mübarizə getdiyi bir dövrdə şagirdlərimizin öz təhsillərini davam etdirmələri, bilik yarışlarında, rəsm müsabiqələrində iştirak edərək yüksək nəticə əldə etmələri bizim üçün sevindirici bir haldır. Liseyimizin direktoru və müəllimləri şagirdlərimizin hər zaman yanındadır. Bu gün bizim şagirdlər bir daha sübut etdilər ki, onlar 147 saylı liseyin şagirdləridir. Məhdudiyyətlər beynin qarşısında sədd çəkə bilməz. Məsafədən təhsil onlar üçün heç nəyi dəyişmədi. Onlar öz təhsilləri ilə hər zaman seçilirlər, seçildilər. Şagirdlərimizi liseyimiz adından təbrik edir, sükanı belə saxlamlarını, hər zaman öndə olaraq Azad Mirzəcanzadə adı yüksəklərdə olduğu kimi onu yüksəklərdə tutmalarını diləyirik. Uğurlar!