Esse -" Mən hansı peyvəndləri almışam"?

#147 nömrəli Texniki-humanitar liseyin 6 b sinif şagirdi Nəcəfzadə Bayram Əzizağa oğlunun Həyat bilgisi fənnindən “Mən hansı peyvəndləri almışam?” mövzusunda yazdığı esse.

Bu gün mən yaşda yeniyetmələr və məndən balaca uşaq və körpələrin fərdi elektron sağlamlıq kartı var. Bu kartlarda mövcud elektron oxuma çipi və ya kartda əksini tapan indentifikasiya kodu vasitəsilə hər bir uşağın sağlamlığı haqqında məlumat almaq olar. Həmin karta şəxsin qan qrupu və rezusu kimi mühüm məlumatlarla yanaşı, keçirdiyi yoluxucu xəstəliklər, ona edilən peyvəndlər barədə də bilgi daxil edilir. Məhz ona görə də ölkəni tərk etdiyimiz zaman bu kartı özümüzlə götürmək vacibdir.
Bundan əlavə, mən və mənim kimi digər həmyaşıdlarımın vaksinasiya vəsiqəsi də var. Orada mənim bir yaşından başlayaraq aldığım vaksinlər, yəni xəstəliyi yüngül keçirib, immunitet (bədəndə bu yoluxucu xəstəliyə qarşı qorunma reaksiyası) əldə etməmə səbəb olan inyeksiyalar barədə qeydlər yer alıb. Məsələn, AC14 və yanaşı gələn rəqəmlər ilə şifrlənən göy öskürək (kokliç), difteriya, çiçək (ospa), stolbnyak (tetanus) kimi xəstəlilərin profilaktikası məqsədi ilə edilən vaksin qeydlərini görə bilərik.
Evimizdəki ən yaşlı adam nənəmdir. Onun nə elektron sağlamlıq kartı, nə də vaksinasiya vəsiqəsi yoxdur. Lakin o da daxil olmaqla bütün ailə üzvlərimizin ərazi üzrə qeydiyyatda olduğumuz poliklinikada tibbi kartları var. Bu kartlar qalın dəftərçələrdir ki, hər dəfə poliklinikaya gedəndə qeydiyyat şöbəsindən alıb, həkimə yollanırıq. Həmin kartlarda doğulduğumuz tarixdən hazırki günədək aldığımız peyvəndlər səliqə ilə qeydə alınır. 
Məlumat üçün bildirim ki, peyvəndlər ağıza damızdırma, dəri altına və əzələ daxilinə inyeksiya edilməklə həyata keçirilir. Məsələn, qızılca əleyhinə aldığımız peyvənd bizi bu xəstəliyə yoluxmaqdan qoruyur.
#VAKSİNASİYAEDİL/XƏSTƏLƏNMƏ

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi