23Aprel-"Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"dür.

Dünyada nə qədər kitab var belə
Çalışıb, əlləşib gətirdim ələ
Oxudum, oxudum, sonra da vardım
Hər gizli xəznədən bir dür çıxardım.
Kitab ən qiymətli əşyadır. Hər bir insan kitab oxumaqla zənginləşir. Ruhumuz kitab oxuyan zaman qidalanlr. Bütün bilikləri kitabdan alırıq, kitab oxumaqla elmə , biliyə sahib oluruq. Əldə etdiyimiz qiymətli nə varsa onlara görə kitaba borcluyuq. Kitabları oxuduğumuz kimi onları sevməli ,qorumalıyıq, müəlliflərinə hörmətlə yanaşmalıyıq. Çünki onlar bizlər üçün əziyyət çəkirlər ,bizim bilikli , savadlı olmamlz üçün əllərindən gələni əsirgəmirlər.
23 Aprel - "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü". "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" YUNESCO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında elan edilmişdir. Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün elan edilməsi barədə qərarda mədəni ənənələrin inkişafı və dərk edilməsi, həmçinin biliklərin yayılması və qorunması üçün kitabların və maarifləndirmənin ən böyük vasitə və ən etibarlı üsul olması vurğulanır, müəlliflərin cəmiyyətdəki xüsusi rolu qeyd olunur və bununla müəlliflik hüququ institutunun dəstəklənməsi göstərilir. Azərbaycan Respublikasında 23 Aprel - "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" 1997-cı ildən qeyd olunur.