"Əsgərə məktub" layihəsi

Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Azərbaycan torpağının üzərinə səpələnən hər bir azərbaycanlı bu torpağın düşmən çəpəri və yaxud sərhədinin keşiyində duran şanlı əsgəridir. Dövlətimiz tərəfindən hər cür maddi-texniki resurslarla təmin olunmuş Azərbaycan əsgərinin ən böyük ehtiyacı isə mənəvi dəstəkdir. Əsgərlərimizə dəstək olmaq məqsədilə şagirdlərimiz onlara məktublar yazdılar. Əsgərlərə ünvanlanan məktublar “ASAN xidmət” mərkəzlərində ayrılmış xüsusi məntəqələrə çatdırıldı. İnanırıq ki, xalqımızın birliyini simvolizə edən bu məktublar əsgərlərdə döyüşdə ruh yüksəkliyini daha da artırmaqda kömək olacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi