Evdə qal, evdə yarat

    Liseyimizin rəsm müəllimi Nigar müəllimin rəsm işləri. Nigar müəllim bu işlərin bəzilərini daha əvvəllər çəkib. Bir qismi isə hazırkı dövrdə evdə olduğu zamana aiddir. O, şagirdlərini evdə qalıb rəsm çəkməyə səsləyir. Nigar xanım deyir ki, rəsm çəkən zaman vaxtın necə gəlib-getdiyini bilmirsən. Rəsm çəkən zaman daxilindəki hisslər sanki rənglərin dili ilə bu əsərlərdə təsvir olunur. Rəsm şagirdlərin yaradıcı təfəkkürünü inkişaf etdirir. O, şagirdlərindən ayrı darıxdığını deyir. "Onlarla birgə əlimə fırça, boya götürüb işləmək mənə daha çox ilham verir". Nigar xanım şagirdlərinə müraciət də etdi: "Mən inanıram ki, biz yenə də birlikdə olacağıq, birlikdə çəkəcəyik, yaradacağıq. Biz birlikdə güclüyük əziz şagirdlər. Mən evdə qaldım sizlər üçün, siz də sizlər üçün, sağlamlığınız və sağlamlığımız üçün, əvvəlki xoş günlərimizə qovuşmaq üçün evdə qalın".

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi