Balaca rəssamlardan çağırış.

Liseyimizin balaca rəssamları çağırış edərək "Evdə qal" dedilər. Onlar öz rəsm əsərləri ilə  bu şüara qoşularaq dövlətimizə  dəstək  olduqlarını və evdə qaldıqlarını bildiriblər. Onlar özləri və sizlərin sağlamlıqları üçün dərslərindən qalıb əziz həmvətənlilərmiz , sizdə onlar üçün "Evdə qal"ın.       Sizlərə bir daha bu dəhşətli virusun  yayılması üçün əlverişli şəraiti xatırladırıq. Bunları nəzərə alın,  yoluxmamaq üçün evdə qalın.

     COVID-19 virusuna yoluxmuş insan asanlıqla bu xəstəliyi başqasına yoluxdura bilər. COVID‑19 virusuna yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə virus yayılaraq digər insanlara keçə bilər. Bu damcının başqasının nəfəs yoluna düşməsi nəticəsində baş verir. Eyni zamanda bu damcılar ətrafda yerləşən əşyalara və səthlərə düşür. İnsanlar həmin əşyalara və ya səthlərə toxunduqdan sonra gözə, burun və ya ağıza toxunaraq virusa yoluxa bilərlər. Bu səbəbdən xəstələnmiş şəxslə 1 metrdən artıq məsafə saxlamaq və üz nahiyəsinə toxunmazdan əvvəl əlləri yumaq çox vacibdir. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi