Qəhrəmanlıq salnaməsi, Aprel qələbəsi!

      Çağırır indi bütün milləti imdada Vətən.

     Dəyişilməz, ay oğul, cənnətə dünyada Vətən.

     Bizə meydan oxuyan bilməlidir birdəfəlik

     Nə satılmaz, nə verilməz binədən yada Vətən.

        Bəli bizim qəhraman oğullarımız Vətənin imdadına çatdılar.    Kəlbəcərimin işğal olunduğu gündə. Bəlkə də Yaradanın bir təsadüfü idi bu hadisə. Bəlkədə gözü yolda qalan Şuşamın haqq səsi idi bu hadisə. Bir vətən həsrəti, vətən nisgili, vətən məhəbbəti ürəklərində əllərinə silah alaraq qartal kimi şığıdılar yağı düşmənin üzərinə. Onlar bilirdilərki bu yol ölüm, dirim savaş yoludur. Bir daha gözü yaşlı qalan ana və bacılarını, yaxınlarını, sevdiklərini, yenicə dünyaya göz açmış lakin ata nəfəsi duymamış körpələrini görmək onlara qismət olmaya bilər. Ancaq buna məhəl qoymayaraq biz Vətən üçün son damla qanımızı tökməyə hazırıq və Bayrağımızı Şuşada dalğalandıracağıq şüarı ilə sonu bilinməyən bir çətin savaşa başladılar. İlk anlardanca qalib çıxacaqlarına bəlli oldular. Çünki bizim ikiüzlü, xain düşmənlərimiz yalnları danışmağı çox yaxşı bacarır, ancaq öz daxillərindəki nizam -intizamı qurmağı , xalqına xidmət etməyi gərəkli bir ordu qurmağı bacarmırlar, bu dəfə hər dəfə olduğu kimi köməkliklərinə çatan olmadı .Onlar bizim Şanlı Azərbaycan ordumuza məğlub oldular. Qəhraman,igid oğullarımız şəhidlik zirvəsinə ucaldılar ancaq vətənin darda olan strateji məntəqələrini, tarixən Azərbaycan torpağı olan Cəbrayıl rayon Cocuqmərcanlı kəndini, Lələtəpə yüksəkliyini işğaldan azad etdilər. Neçə-neçə Cəbrayıl sakininin o vətən nisgilinə son qoydular qanları bahasına. Onlar şəhidlik zirvəsinə ucaldılar. Çünkü ürəklərində müqəddəs bir hiss vardı -Vətənpərvərlik hissi. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini duyur. Bu amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğul və qızlarımızı yad etmək, xatirəsini əziz tutmaq isə hər birimizin ən müqəddəs borcudur. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəsilə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə etmək isə hər bir vətəndaşın ən ümdə vəzifəsidir.  Bizim şagirdlərimiz də vətənə məhəbbət və qələbə hisslərini öz rəsm əsərlərində canlandırmışlar. Şəhidlərin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq onların Lələtəpə yüksəliyimizdə  dalğalandırdıqları bayrağı öz rəsm əsərlərində canlandırmışlar. Şəhadətiniz mübarək müqəddəs, cənnət qoxulu şəhidlərimiz!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi