Kəlbəcər rayonunun işğal olunduğu gündür bu gün!

Bu gün Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 27 il ötür.

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunub. Kəlbəcər rayonunun ərazisi 1936 kvadrat kilometr, əhalisinin sayı isə 70 minə yaxındır. Rayon sakinləri hazırda Azərbaycanın 59 rayonunda məskunlaşıb.

Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-ə yaxın kəndi, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası və s. Ermənistan Silahlı Qüvvələri tərəfindən xarabazara çevrilib. Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı.

  Ermənilərin  çirkin niyyətləri , əməlləri bununla bitmədi . Bu hadisələr azmış kimi 2016- cı ildə yenidən baş qaldırmaq istədilər. Lakin  ordumuz 1993- cü ildəki ordu deyildi. Kəlbəcərin işğal olunduğu günlərdə az da olsa qisas alacaq bir ordu idi. Hansıki bu gün adlarını qürurla andığımız şəhidlərimizin qəhramanlığı ilə onların canı , qanı bahasına olsada  Lələtəpə yüksəkliyimizi , eləcədə digər döyüş üçün mühüm əhəmiyyət kəsb edən strateji məntəqələrimizi düşməndən azad etdilər. Bir daha ermənilərə və " Ermənistan dövlətinə"  göstərdilər ki ,o gün gec deyil  Kəlbəcər də, Laçın da, hər bir işğal olunmuş Azərbaycan torpağı   azad ediləcək və sizlərə dərs olacaq ki,  bu xalqın millətin torpağını işğal edib , neçə -neçə canlara qıyaraq vəhşicəsinə törətdikləri əməllər nə deməkdir. O gün yaxındadır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi