31 Mart Soyqrım günüdür!

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. 

Belə faciələr xalqımızın başına zaman -zaman açılmış, neçə- neçə günahsız insanlar vəhşiliklə öz yurd-yuvalarından didərgin salınmış, qətlə yetirilmişlər.

 Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırımı hadisələridir. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb.

Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.

 Bu faciəyə siyasi qiymət Ümumilli liderimiz Heydər Əliyevin dövründə qoyulmuşdur. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.

1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi  qeyd olunur. Liseyimizin şagirdləri   koronavirus  infeksiyası ilə əlaqədar olaraq məktəbə gedə bilməsələr də, soyqrımı ana bilməsələrdə  sağlamlıqları və soyqırım qurbanlarının qisasını almaq üçün evdə qalaraq düşmənə qarşı qəzəblərini öz hisslərini, ifadələrini  fırçalarının rəng çalarları ilə ifadə etmişlər. Şagirdlərimiz tarixlərini unutmadıqlarını və unutdurmayacağını bir daha sübut etdilər. Uca Allahdan Soyqırım qurbanlarına rəhmət diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi