Şagirdlərimiz nənələrə, babalara müraciət etdi!

Liseyimizin şagirdləri  öz nənə və babalarının timsalında yaşlı nəslin nümayəndələrinə müraciət ediblər. Onlar "Səni xəyallarına qovuşduracaq ən əhəmiyyətli şey cəsarət və səbrdir. Səbrli ol evdə qal. Xəyallarına qovuş. Yaşamaq istəyən mübarizə aparmağa məcburdur. Səndə onunla evdə qalaraq mübarizə apar. Bizlərlə bir olmaq üçün də , bədii ədəbiyyat oxumaq üüçündə vaxt lazımdır. Əsl vaxt indidi . Mənim babam evdə qal ,sağlamlığını qoru .  Gələcəyə doğru addımladığımız hər birgün öncəkindən daha gözəl keçəcək. Bizləri və özünü qorumaq, bu günlərə qovuşmaq üçün evdə qal. Doğulduğun gün buludları dağıdaraq , bir günəş kimi ətrafını işıqlandıraraq gəldin bu dünyaya. Bax o günü yaxınlarına , nəvələrinə qaranlığa çevirməmək üçün evdə qal. Evdə qalkı biz də xilas olaq.  Dünyada bənzərsiz bir gözəllik varsa o da sizlərin qəlbinizdir. Bu gözəlliyi bizlərdən almamaq üçün rejimə əməl et , evdə qal. Mənim gözəl nənəm. Əziz babam daim sevdiklərinin yanında sevgi dolu xoşbəxt günlər yaşamaq istəyirsənsə evdə qal  " kimi sözlərlə çağırış edərək  özlərini, yaxınlarını və xalqımızı   bu virus epidemiyasından xilas etməyə köməklik göstərmələrini deyiblər. Gəlin xalqımıza və millətimizə dəstək olaq, qoyulan qaydalara əməl edək ,tez bir zamanda virus təhlükəsindən azad olaq.

Biz birlikdə güclüyük!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi