Özünü necə qorumalı

 

Koronavirus

 

Hal-hazırda 2019 koronavirus xəstəliyinin (COVID-19) qarşısını alacaq peyvənd mövcud deyil. Xəstəliyin qarşısını almağın ən yaxşı yolu bu virusla kontaktda olmamaqdır.

Yaşlılar, ürək, ağciyər xəstəlikləri, diabet və digər xroniki xəstəliklərdən əziyyət çəkən insanların COVID-19 xəstəliyinin ciddi fəsadlarıyla qarşılaşma riski daha yüksəkdir. Özünüzü qorumaq üçün ata biləcəyiniz əlavə addımlar barədə öz həkiminizlə və ya müvafiq tibb işçiləri ilə məsləhətləşin.

Özünüzü qorumaq üçün tədbirlər görün.

Əllərinizi tez-tez yuyun

  • Xüsusilə ictimai yerlərdə olduqdan sonra, həmçinin burnunuzu təmizlədikdən, öskürdükdən və asqırdıqdan sonra əllərinizi ən azı 20 saniyə sabun və su ilə yuyun.
  • Sabun və su olmadıqda, tərkibində ən az 70% spirt olan əl təmizləyici vasitələrdən istifadə edin. Əlinizin hər tərəfini təmizləyici vasitə ilə quruyana qədər sürtün.
  • Yuyulmamış əllərinizi gözlərinizə, burnunuza və ağzınıza vurmayın.

 

Yaxın təmasdan çəkinin

  • Xəstə insanlarla yaxın kontaktdan çəkinin.
  • Yaşadığınız ərazidə COVID-19 yayılırsa insanlarla aranızda məsafə saxlayın. Bu yüksək yoluxma riski olan şəxslər üçün xüsusilə vacibdir.

Başqalarını qorumaq üçün addımlar atın

Özünüzü piss edirsinizsə evdə qalın

  • Xəstəsinizsə, tibbi yardım almaq halları istisna, evdən çıxmayın. Xəstə olduğunuz halda nələr etməli olduğunuzu öyrənin.
  • Öskürərkən və asqırarkən ağzınızı və burnunuzu birdəfəlik salfetlə yaxud dirsək büküşü ilə bağlayın.
  • İşlənmiş birdəfəlik salfetləri zibil qutusuna atın.
  • Əllərinizi dərhal ən az 20 saniyə sabun və su ilə yuyun. Sabun və su olmadıqda, tərkibində ən az 70% spirt olan əl təmizləyici vasitələrdən istifadə edərək əllərinizi təmizləyin.

 

Xəstəsinizsə, tibbi maska geyinin

  • Xəstəsinizsə: Ətrafınızda başqa insanlar olduqda (otaqda, nəqliyyatda və s.) yaxud klinikaya daxil olərkən tibbi maska geyinməlisiniz. Əgər maska geyinə bilmirsinizsə (tənəffüs çətinliyi) hər dəfə öskürərkən və asqırarkən mütləq ağzınızı və burnunuzu bağlamalısınız. Eyni zamanda, qayğınıza qalan şəxslər sizin otağınıza daxil olarkən tibbi maska geyinməlidirlər.
  • Əgər xəstə deyilsinizsə: Maska geyinə bilməyən xəstə şəxsin qayğısına qalmırsınızsa, maska geyinməyinizə e
    htiyac yoxdur. Çoxsaylı yoluxmalar zamanı müvəqqəti maska qıtlığı yaşana bilər. Nəzərə alın ki, maskalar xəstəyə baxanlar və xəstələr üçün daha vacibdir.

Təmizləyin və dezinfeksiya edin

  • Gündəlik olaraq tez-tez toxunulan əşya və səthləri təmizləyin və dezinfeksiyaedin. Bura masalar, qapı və digər tutacaqlar, açarlar, telefonlar, kompüter klaviaturası, güzgü önündəolan masalar, su kranları, mətbəx və hamam çanaqları və s. aiddir.
  • Səthlər çirklidirsə təmizləyin: Dezinfeksiya etməzdən əvvəl yuyucu vasitələrdən, sabundan və sudan istifadə edin.

Dezinfeksiya etmək üçün:

Qeydə alınmış bir çox məişət dezinfeksiyaediciləri işə yarayacaq. Hər səth üçün uyğun olan dezinfeksiyaedicilərdən istifadə edin.

Seçimlərə daxildir:

  • Məişət ağardıcısını suda həll etmək.

Ağardıcı məhlulu hazırlamaq üçün aşağıdakı kimi qarışdırın:

  • Hər 1 litr su üçün 4 çay qaşığı ağardıcı istifadə etmək.

Ağardıcının istifadəsi və düzgün havalandırılması üçün istehsalçının təlimatlarına əməl edin. Məhsulun son istifadə tarixini yoxlayın. Məişət ağardıcısını heç vaxt ammonyak yaxud digər təmizləyicilərlə qarışdırmayın. Düzgün həll etdikdə, istifadə tarixi keçməmiş ağardıcı koronavirus əleyhinə effektiv olacaq.

Spirt məhlulları.

  • Məhlulun ən azı 70 faizinin spirt olmasına diqqət edin.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi