Şagirdlərimiz məlumatlandırılmışdır

   Liseyimizdə Şagirdlər Koronavirus yoluxucu xəstəliyi ilə  əlaqədar olaraq məlumatlandırılmışdır. Liseyin həkimi  Səfərova Lətifə şagirdlərə virus barədə ətraflı məlumat vermişdir. İnfeksiyaya yoluxma halının ilk əlamətləri soyuqdəymə və qripə bənzədiyini, ancaq sonrakı mərhələdə bu hərarətin artmasına və öskürəyə gətirib çıxarır.

  Bununla bərabər, ilk mərhələdə xəstəliyin digər əlamətləri də özünü göstərə bilər. Misal üçün, xəstələrdən birinin yüksək hərarəti olmadan ishal olması faktı da mövcuddur. Koronavirusun ilk simptomları həzm sistemində yaranan problemlərlə də özünü göstərə bilər. Bundan başqa, baş ağrısı, ürək bulanması və ümumi halsızlıq xəstəliyin əlamətləri sırasındadır. Şagirdləri ehtiyatlı olmağa çağırmış, bu kimi hallar aşkarlanarsa həkimə müraciət etmələrini bildirmişdir. Həkim həmçinin qeyd etmişdir ki,  hal -hazırda ölkəmizdə virusa yoluxma halı yoxdur  və heç bir təlaşa səbəb yoxdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi