Liseyimizdə "Xocalım,alın yazım" adlı tədbir keçirildi

26.02.2020-ci il tarixdə liseyimizin müəllim və şagird kollektivi Xocalı abidəsini ziyarət etmişlər.Sonra  liseyimizin akt zalında Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş "Xocalım,alın yazım" adlı tədbir keçirilmişdir.Tədbirdə liseyin şagirdlərinin  faciə haqqında hazırladıqları şerlər dinlənilmiş, slaydlar nümayiş etdirilmişdir.Liseyimizin texnologiya müəllimi Gülsüm xanım şəhidlərə aid   yazdığı şeirini söyləmiş və faciə haqqında çıxış edərək şagirdlərimizi məlumatlandırmışdır. Bu faciənin insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən 28 il keçməsinə baxmayaraq faciə unudulmayacağını ,yaddaşlarda daima silinməz bir iz buraxdığını demişdir. 1992-ci ilin o müdhiş fevral gecəsi Ermənistan Silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktı törətmişlər. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutulmuşdur. Soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olmuşdur. Yüzlərlə insan yaralanmış, xəsarət almış, şikəst olmuş, əsir düşmüşdür.

   Liseyimizin informatika müəllimi Nazlı Məmmədova da tədbirdə çıxış etmişdir. O da  faciə haqqında şagirdlərə məlumat vermiş , onların vətənpərvər ruhda böyüməsi üçün bu kimi tədbirlərin keçirilməsinin, onlara qan yaddaşımızın öyrədilməsinin vacib olduğunu qeyd etmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi