Şagirdlərimiz "Xocalı şəhid şəhər" rəsm sərgisində

24.02.2020 “XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçirilmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə XX əsr tarixinə “Əsrin genosidi” kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq məqsədi ilə elan olunmuş “XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi 24 fevral 2020-ci il saat 16:00-da baş tutmuşdur. 
      Tədbirdə  Əməkdar rəssam Aydın Rəcəbov, Əməkdar rəssam Rəfael Muradov, rəssam Nazim Məmmədbəyov, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin əməkdaşı Azər Rəhimov iştirak etmişlər.
     Müsabiqəyə Respublikamızın müxtəlif guşələrindən 700-dən çox uşaq, 1300-ə qədər əsəri ilə vertual qaydada qatılmışdır. Tədbirə 225 uşağın hər birindən bir əsər olmaqla sərgilənmək üçün dəvət olunmuşdur. Dəvət olunan şagirdlər sırasında liseyimizin şagirdləri də var idi. Onlar da öz rəsm əsərləri ilə bu müsabiqəyə qoşulmuş faciənin ağrılarını, acılarını əsərləri ilə bölüşməyə , sübut etməyə çalışmışlar.
         Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunmuşdur. 
         Onu  da qeyd edək ki, şagirdlərimiz  müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Şəhid şəhər” afişasına toxunmaqla və ya http://xsm.az/site/sehidseher/ linkinə daxil olub 1 və ya 2 əsərinin fotosunu daxil etməklə göstərilən anketi doldurmaqla qatılmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi