Müəllimimizin növbəti uğuru

MÜƏLLİMİMİZİN NÖVBƏTİ  UĞURU
      Liseyimizin tarix müəllimi Güntəkin Məmmədova Yaponiyanın Maçida şəhərində Azərbaycana həsr edilmiş dərsdə iştirak etmişdir. Dərsdə Azərbaycanın tarixi, qədim köklərə əsaslanan mədəniyyəti, Qarabağ problemi, müasir dövrdə nailiyyətləri, iqtisadiyyatı, həmçinin Xocalı faciəsi haqqında yaponiyalı şagirdlərə ətraflı məlumat verilmişdir. Güntəkin xanım 2 dərsdə iştirak etmişdir. Dərsdə 70-dən çox şagird və 5 müəllim iştirak etmişdir. Onu da qeyd edək ki, Güntəkin xanım yapon dilində sərbəst danışır. Güntəkin müəllimin yapon dilinə olan həvəsi və bacarığı yaponiyalı həmkarlarını, eləcə də yaponiyalı şagirdləri təəccübləndirmişdir. 
   Müəllimizə peşə fəaliyyətində uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi