Sinif nümayəndələrinin iclası keçirildi

    21.02.2020 -ci il tarixdə sinif nümayəndələrinin iclası keçirilmişdir. İclasda liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Vüsalə Babayeva, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Alimə Seyfullayeva, UBTR Aytac Mustafayeva  və sinif nümayəndələri iştirak etmişdir. İclasda şagirdlərin dərsə davamiyyəti, nizam-intizam qaydaları, məktəbli forması, dərslərə hazırlıqlı olmaları eləcə də digər məsələlər haqqında söhbət aparıldı. Şagirdlərin dərslərə yaxşı hazırlaşmaları, müəllimlərə, yoldaşlarına qarşı nəzakətli olmaları onların diqqətinə çatdırıldı. Şagirdlərin bu dövrdə təkcə elmə, biliyə yiyələnmələri deyil, onların gələcək həyata  bir şəxsiyyət olaraq formalaşmaları, özlərini formalaşdırmağı bacarmalarından danışıldı. Şagirdlərə öz hüquqlarından qanunlarımız çərçivəsində istifadə etmək, vəzifələrini isə layiqincə bir şagird olaraq yerinə yetirməkləri tapşırıldı. Növbəti yarımil ərzində onların  daha da fəal olmaları, istər lisey daxili , istərsə də liseydən kənar təşkil olunan ictimai işlərdə və bilik yarışlarında fəal iştirak etmələri, hər zaman layiqli vətəndaş olaraq digərlərinə nümunə olmaları onların diqqətinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi