Şagirdlərimiz "Ana harayı" abidəsini ziyarət etdilər

   Bu gün liseyimizin 7d sinfinin sinif rəhbəri Könül Mirzəyeva, sinfin şagirdləri və liseyin UBTR Aytac Mustafayeva "Ana harayı" abidəsini ziyarət etdilər, Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş abidə önünə tər qərənfillər düzdülər. Könül xanım şagirdlərə faciə haqqında məlumat verdi. Bu faciənin bəşəriyyətdə  misli görünməmiş bir faciə olduğunu dedi. Xocalı faciəsi Azərbaycan xalqına, azərbaycanlılara qarşı törədilmiş soyqrımdır.  Elə bir soyqrım ki, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca öldürülmüş, 8 ailə tamamilə yer üzündən silinmiş, 27 ailənin hərəsindən yalnız bir nəfər qalmışdır. Bu faciə xalqımızın qan yaddaşıdır və heç zaman unudulmayacaq. Daima şagirdlərə nəinki bu faciə, eləcədə tariximiz boyu xalqımıza qarşı törədilən digər faciələri unutmamaq və unutdurmamaq  öyrədiləcək,  onlar vətənpərvər ruhda tərbiyə olunacaqlar. Onlar mənfur düşmənlərdən öz qisaslarını alacaqlar. Onu da qeyd edək ki, Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı liseyimizdə rəsm sərgisi, inşa müsabiqəsi, rəsm müsabiqəsi və bir sıra tədbirlər keçiriləcəkdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi