Fəsillərin gözəlliyi

   18 fevral 2020-ci il tarixdə liseyimizin "Ədəbiyyatsevərlər" dərnəyində dərnək rəhbəri Xalidə Daşdəmirovanın rəhbərliyi, fənn müəllimi Emel Talıbovanın və dərnək üzvlərinin fəallığı ilə "Fəsillər " mövzusunda dərs keçirildi. Şagirdlər mövzuya aid təqdimatlar hazırlamış , maraqlı məlumatlar toplamışdılar. Onlar hər bir fəsil haqqında məlumat verdilər. Şeirlər söylədilər. Hər bir fəslin aylara bölünməsini, qışı   yaz,  yazı   yay , yayı  isə  payız  fəsli  əvəz  edir. Fəsilləri  biz  çayların  donması , qaranquşların  gəlməsi,  yarpaqların  tökülməsi  və s. ilə  müşahidə edirik. İlin  12  ayı  4  fəsil  arasında  belə  bölünür: mart, aprel,  may-yaz   ayları ; iyun, iyul, avqust-yay ayları;  sentyabr, oktyabr, noyabr-payız ayları; dekabr, yanvar, fevral isə  qış  ayları. Şagirdlər bu aylarda olan bayramlar, eləcə də digər əlamətdar günlər haqqında danışdılar. Sinfin bütün şagirdləri fəal iştirak etdilər, dərsə həvəslə yanaşdılar. Şagirdlərimizə daha da fəal olmağı, əzmlə çalışmağı arzu edirk!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi