6b sinfində texnologiya dərsi

   Bu gün liseyimizin 6 b sinfində texnologiya dərsində kulinariyadan şagirdlərimiz şaurma hazırlamağı öyrəndilər. Gülsüm müəllim və Təranə müəllim şagirdlərə resept əsasında şaurmanın necə hazırlanması qaydasını başa saldılar. Şagirdlər tərəvəzlərdən, xama və digər inqridiyentlərdən şaurmanın hazırlanmasını əyani olaraq göstərdilər. Dərs çox maraqlı keçdi. Şagirdlər dərsə həvəslə yanaşdılar. Onu da qeyd edək ki,  texnologiya dərsinin bir bölməsi olan kulinariya dərsləri bütün siniflərdə maraqla keçilir və şagirdlərimizə öyrədilir. Təkcə bu dərslərin keçirilməsi və öyrədiılməsi şagirdlərə indiki həyatlarında deyil, gələcək həyatlarında da  lazımdır. Kulinariya ilə yanaşı texnologiya dərslərində toxuculuq,oyma sənəti, eləcə də digər bölmələr şagirdlərimizə öyrədilir. Müəllim və şagirdlərimizə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi