Kitab bizim dostumuzdur

    Liseyimizin 9 və 10 -cu sinfinin kitabsevər şagirdləri ilə birlikdə liseyimizin kitabxanasına müraciət etdik. Kitab oxumaq dünya görüşümüzü, həyata baxışımızı genişləndirir. Fərqli düşünüb, məsələləri fərqli metodlarla həll etməyi öyrənirik. Yeni fikirlər, məlumatlar qazanır, onları gündəlik həyatımızda da tətbiq edirik. Fantaziyamız  inkişaf edir. Yeni sözlər öyrənirik. Beləliklə, ədəbi dildə ünsiyyətin əsas şərtlərindən olan söz bazamız  artır. Fikirlərimizi yazılı və şifahi olaraq daha yaxşı ifadə edə bilirik. Göz və beyin koordinasiyamız artır. Daha sürətli görüb, dərketmə bacarığına sahib oluruq. Çünki kitablar bizim ən yaxın dostumuz, sirdaşımızdır. Gəlin onları sevə-sevə oxuyaq!

   Kitabla bağlı şairlər, yazıçılar, dahi mütəfəkkirlər  kitaba çox böyük dəyər vermişlər və kitablar haqqında maraqlı fikirlər söyləmişlər. Kitabsız ömrün nə mənası var. (S.Vurğun),  Kitabsız ev ürəksiz bədəndir (M.Siseron), Kitab -sənin ilk dostundur (M.Ə.Sabir) , Əxlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur, Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!  (Oscar Wilde), Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır  (Alcott), Kitablar, itmiş başların abidələridir (Sir William Davenant)

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi