Biz vətənpərvərlərik!

  Liseyin 6 b sinfində rus dili dərsində fənn müəllimi Həsənova Aycamalın təşkilatçılığı ilə vətənpərvərliyə aid dərs keçirilmişdir. Aycamal müəllim şagirdlərə vətənpərvər insan necə olmalıdır, vətənpərvərlik nədir, vətənə məhəbbət hissi haradan qaynaqlanır, biz vətənpərvər olmaq üçün nə etməliyik  kimi mövzularla bağlı ətraflı məlumat verdi. Şagirdlər rus dilində vətənpərvərliyə aid şeirlər dedilər, məlumatlar verdilər. Onlar vətənpərvər olmağı, vətənpərvərliyi böyüklərdən, torpaq uğrunda canlarını qurban verən milli qəhramanlarımızdan, şəhidlərimzdən öyrəndiklərini, ibrət götürdüklərini dedilər.

    Vətənə məhəbbət ,onun hər bir qarış torpağını göz bəbəyimiz kimi qorumaq bir vətəndaş kimi bizim borcumuzdur. Bizim  də ana vətənimiz  Azərbaycandır. Biz Azərbaycanımızı, ana vətənimizi qorumağa, onun uğrunda canımızı, qanımızı qurban verməyə hazırıq.

Sən mənə anasan, anamdan əziz,
Sənə məhəbbətim dənizdir, dəniz.
Ömrümün bir anı keçməsin sənsiz,
      Ey mənim varlığım, qəlbim, vicdanım,
     Mən sənə qurbanam, Azərbaycanım!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi