Lütfi Zadə adına Bakı şəhəri Məktəblilərarası I Məntiq Olimpiadası

Şagirdlərdə məntiq fənninə olan marağı artırmaq, onlarda məntiqi təfəkkür və düşüncə tərzini, şəxsi keyfiyyətləri formalaşdırmaq, diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqların inkişafını yüksəltmək, eyni zamanda istedadlı və məntiqi təfəkkürü daha yaxşı inkişaf etdirmək məqsədilə 30 aprel I Məntiq Olimpiadası keçirildi. Əvvəlcədən nümunəvi testlər vasitəsilə müəllimlər tərəfindən məşq etdirilən şagirdlərə saat 10.00-da sual kitabçaları təqdim olundu. Bir saat yarım davam edən olimpiadada 18 şagirdimiz iştirak etdi. Şagirdlərin nəticələri İstək liseyinin saytında sistemə yerləşdirildi. Hər bir şagirdimizə bu olimpiadada müvəffəqiyyətlər arzu edirik!