Şagirdimizi siz də tanıyın!

Liseyimizin 8 a sinif şagirdi Vəlizadə Nəbi Asif oğlu  öz maraqlı ideyaları ilə sinif yoldaşlarından və liseyin şagirdlərindən fərqlənir.Nəbi  həm dərslərini yaxşı oxuyur ,həm  də əl işləri hazırlayır. Bunlarla yanaşı o,  öz layihəsi üzərində işləyir. Nəbi  bu layihə ilə liseyimizi Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi " Sabahın alimləri " müsabiqəsində təmsil edəcək.

 Hazırladığı bu layihə insanların daha mükəmməl yaşaması üçün yaradılmışdır və telefonun 7.24 enerji almasına imkan verir. Kabro formasındadır. Özünəməxsus dizayına malikdir. Günəşdən aldığı enerji sayəsində həm batareykaya , həm də telefonun özünə enerji verir. Səhər saatlarında (günəş olan zaman) günəş panelindən istifadə edir. Axşamlar isə içində olan batareyka sayəsində enerji yığır. Simsiz enerji yığma xüsusiyyətinə malikdir. 3-cür istehsal olunacaq. Şagirdimizə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi