Biz Mübarizik!

Liseyimizdə şagirdlərin təhsili ilə yanaşı vətənpərvər ruhda böyüməsi üçün bütün tədbirlər həyatda keçirilməkdədir. Bu tədbirlər siyahısında unudulmayan qəhrəmanlıq səhifələrinin anılması birinci yerdə dayanır. Bildiyimiz kimi, 07.02.2020 milli qəhrəmanımız Mübariz İbrahimovun doğum günüdür. Bu münasibət ilə liseyin tərbiyə işləri üzrə direktor müavini Seyfullayeva Alimənin təşkilatçılığı ilə siniflərdə " Biz Mübarizik" mövzusu çərçivəsində dəyirmi masalar , müzakirələr, mühazirələr təşkil olundu. Baş tutan tədbirlərdə liseydən bütün fənn müəllimləri ayrı-ayrı siniflərdə qəhrəmanımızı anaraq, ona həsr olunmuş mühazirələr səsləndirmişdir. Şagirdlərin Mübariz haqqında fikirləri, inşaları, şeirləri dinlənilmisdir. Tədbirlərin əsas məqsədi qəhrəmanlığı, vətən sevgisini şagirdlərdə aşılamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi