Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

 07.02.2020 ci il tarixində Milli Qəhrəmanımız Mübariz İbrahimovun doğum günüdür. Bugünkü ədəbiyyat dərsində mövzunun vətənpərvərlik məzmununda olduğuna görə liseyimizin şagirdləri ilə qəhrəmanımızın xatirəsi də yad edilidi. Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Emel Talıbova şagirdlərə Mübariz İbrahimovun həyatı, onun keçdiyi qəhrəmanlıq və ləyqətli ömür yolu haqqında məlumat verdi. Onun ata və anasına yazdığı son məktubu şagirdlərimizin diqqətinə çatdırdı. Mübariz İbrahimov ölümündən qabaq ata-anasına  bu məzmunda məktub yazmışdı: “Canım Atam və Anam... məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allah xatirinə bunu eləməliyəm, ən azından ürəyim sərinlik tapar. İnşallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəyəm. Şəhid olsam, ağlamayın, əksinə sevinin ki, o mərtəbəyə yüksəldim”.
Şagirdlər müzakirələrdə bildirdilər ki, Mübariz İbrahimovun qəhrəmanlığı bütün Azərbaycan gəncləri üçün örnəkdir, vətənə, torpağa bağlılıq nümunəsidir. Böyükdən  kiçiyə qədər hər bir azərbaycanlı onunla fəxr edir.  Mübariz Azərbaycanın qəhrəmanlıq tarixinə öz adını qanı, canı ilə yazıb. Şagirdlər yaxşı oxuyaraq əməlləri və nailiyyətləri ilə Mübariz İbrahimovun adına layiq olacaqlarını bildirdilər.

Şagirdlər igidimizin şəkilləri önünə texnologiya dərsində hazırladıqları qərənfilləri düzdülər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi