FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin maarifləndirmə tədbiri

Bu gün FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi liseyimizdə məntəqəsində maarifləndirmə tədbirləri keçirildi.
Tədbirdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında çıxış edildi, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verildi. Toplantıda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi vurğulanıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirildi.