5b sinfində informatika dərsi

 

 Liseyimizin 5b sinfində Məmmədova Nazlı Dağıstan qızının informatikadan mətn redaktəsi mövzusunda  dərsi keçirildi.Dərsdə müəllim mətn redaktəsi haqqında ətraflı məlumat verdi. Mətn proqramları mətnlər yaradılması və redaktəsi üçün nəzərdə tutulmuşdur. Mətnlərin yalnız daxil edilməsi və redaktəsi üçün istifadə edilən proqramlar mətn redaktorları, əlavə olaraq mətnlərin formatlaşdırılması üçün istifadə olunan proqramlar isə mətn prosessorları adlanır.

Microsoft Word – güclü mətn redaktoru olub istənilən mürəkkəb sənəd yaratmaq üçün nəzərdə tutulmuşdur. Hazırda dünyada ən populyar proqram hesab olunur. Word sürətli əmrlər yığımı və yazının qramatikasını yoxlayan proqramlar, sinonimlər lüğəti kimi müasir alətlərlə təchiz olunmuşdur ki, onların köməyi ilə sənədi savadlı tərtib etmək, çox asanlıqla və vaxt itirmədən məktubları, hesabatları, qeydləri və təsvirləri birləşdirmək mümkündür. Microsoft Word proqramı mətn yaratmaq üçün istifadə edildiyinə görə bu cür proqramlara mətn redaktorları deyilir.Şagirdlərə yeni səhifə açılması, mətnin şiriftinin dəyişdirilməsi, rənglənməsi və s.kimi məlumatlar verildi. Uşaqlar həvəslə dərsdə  mətn üzərində bir neçə əməl yerinə yetirdilər. Dərs çox maraqlı keçdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi