Şagirdimizin idmandakı növbəti uğuru

        Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən Olimpiya İdman Mərkəzində 15 yaşadək cüdoçular arasında keçirilən Bakı şəhər birinciliyi başa çatıb. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Cüdo Federasiyasının  birgə təşkilatçılığı ilə keçirilən yarışda 638 cüdoçu mübarizə aparıb. Paytaxtın 62 klubunu təmsil edən kiçikyaşlı yeniyetmə cüdoçular qalib adı uğrunda yarışıblar. Birinciliyin ikinci günü oğlanlar arasında 5, qızlar arasında isə 4 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

       Bu mükafatçılardan biri də, liseyimizin şagirdi Süleymanov Nicatdır. Nicat 46 kq çəki dərəcəsində mübarizə apararaq 1-ci yerə layiq görülmüşdür. Nicata uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi