Tanıyaq və tanıdaq!


    Yusifov Naiq Nəsir oğlu 5 yanvar 1970-ci ildə Tovuz rayonunda anadan olub. 1987-ci ildə burda orta məktəbi bitirib. 1988-ci ildə hərbi xidmətə çağrılır. 1990-cı ilin yayında xidməti başa vuraraq Vətənə dönür. Naiq ordudan gəldiyi zaman artıq elan olunmamış Qarabağ müharibəsi başlamışdı. O, könüllərdən ibarət dəstələrdən birinə yazılır. Onun ilk döyüşü “Çənlibel” deyilən yerdə olur. Erməni yaraqlıları Ağdam istiqamətində irəliləyirdilər. Naiq və onun döyüşçü dostları döyüşə atılır. Ermənilər pərə-pərən düşdülər və geri çəkildilər.
  Bu döyüşdə ruhlanan cəsur Yusifov Naiq Nəsir oğlu 1992-ci ilin martın 24-də Tovuz rayonundakı döyüşlərdə də iştirak edir. Həmin ilin sentyabrında Koxa-Nəbi kəndinə hücum edən ermənilərlə qanlı döyüş başlayır. Naiq qumbaraatanla ermənilərin PDS-ni vurur, alova bürünmüş maşını görən ermənilər pərən-pərənə düşür. Qəfil qumbara qəlpəsi Naiq Nəsir oğlunu yerə sərir. Qalxmaq istəsə də, bacarmır, ona yaxınlaşan ermənilərə avtomat ilə atəş açır. Vətənimizin cəsur oğlu sonuncu qumbarasını sinəsinə sıxaraq, 22 yaşında ən uca və müqəddəs zirvəyə ucalır.
Azərbaycan Resbublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Yusifov Naiq Nəsir oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.
Tovuz rayonunun Ağdam kəndində dəfn edilib. Vaxtilə qəhrəmanımız Yusifov Naiq Nəsir oğlunun təhsil aldığı orta məktəb indi onun adını daşıyır.







 


 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi